100% ingilisdilli dərs mühiti
Dərslərimiz tamamilə ingilis dilində keçirilir. Uşaqlar dili davamlı eşidir, anlayır və danışıqda istifadə edirlər.
Cambridge EnglishCambridge proqramı ilə ingilis dili tədrisi
CAMBRIDGE
ENGLISH
Uşaqlar üçün beynəlxalq standartlara uyğun, sistemli və nəticəyönlü təhsil.

İllərlə ingilis dili öyrənib, hələ də danışmaqda çətinlik çəkirsiniz?
Cambridge proqramının fərqi sistemli, mərhələli və praktik tədris yanaşmasıdır.
Dərslərimiz tamamilə ingilis dilində keçirilir. Uşaqlar dili davamlı eşidir, anlayır və danışıqda istifadə edirlər.
Beynəlxalq tədris materialları əsasında sistemli və ardıcıl öyrənmə.
Əzbərləməyə deyil, ingilis dilində düşünməyə, anlamağa və sərbəst ünsiyyətə üstünlük veririk.
Listening, Speaking, Reading və Writing bacarıqlarını birlikdə inkişaf etdiririk.
Uzun müddət kurslara gedib istədiyi nəticəni əldə edə bilməyən şagirdlərə fərqli öyrənmə yanaşması təqdim edirik.
Kurslarımız
Proqramlarımız Cambridge English mərhələləri üzrə qurulub: uşaq ilk sözlərdən başlayıb pillə-pillə beynəlxalq sertifikata qədər irəliləyir.

30+
sertifikat · Türkiyə universitetlərinin proqramları
150
saat · TESOL — Arizona State University
Müəllim haqqında
Azərbaycanda bakalavr, Türkiyədə magistr təhsili almışam. ABŞ, İspaniya və Böyük Britaniyanın beynəlxalq müəllimlik proqramlarını bitirmiş, Cambridge-in müəllimlər üçün vebinarlarında iştirak etmişəm. Lumikids English-də dərslərimi bu bilik və təcrübə üzərində qururam.
BakalavrAzərbaycan
Ali təhsilimi yüksək akademik nəticələrlə tamamlamışam.
MagistrTürkiyə
Magistratura təhsilimi yüksək akademik nailiyyətlərlə başa vurmuşam. Türkiyədə əldə etdiyim magistr diplomu Azərbaycan Respublikasında rəsmi qaydada tanınıb.
Əlavə akademik nailiyyətlərTürkiyə
Türkiyənin müxtəlif universitetlərinin təşkil etdiyi təhsil proqramlarında və qiymətləndirmə imtahanlarında uğurla iştirak edərək 30-dan çox sertifikat əldə etmişəm.
Lumikids üsulu
Müraciət
Qeydiyyat formasını doldurursunuz, müraciətiniz WhatsApp vasitəsilə bizə çatır.
Tanışlıq söhbəti
Uşağın yaşı, maraqları və ingilis dili ilə bağlı əvvəlki təcrübəsi barədə qısa söhbət edirik.
Səviyyənin müəyyənləşdirilməsi
Uşağın hazırkı səviyyəsini yoxlayır və ona uyğun Cambridge mərhələsini seçirik.
Sınaq dərsi
Uşaq müəllimlə tanış olur, dərsin necə keçdiyini öz gözü ilə görür.
Tədrisə başlanğıc
Uşaq səviyyəsinə uyğun qrupa yerləşdirilir və dərslər başlayır.
Suallar
Sualınızın cavabını tapmadınız?
Sualınızı qeydiyyat formasında yazın, sizə ətraflı cavab verək.
Qeydiyyat“Cambridge Assessment English” Cambridge Universitetinin bir şöbəsidir. YLE (Starters, Movers, Flyers), A2 Key və B1 Preliminary uşaq və yeniyetmələr üçün ardıcıl beynəlxalq imtahanlardır.
Qeydiyyatdan sonra qısa tanışlıq söhbəti və sınaq dərsi keçirilir. Bu zaman uşağın səviyyəsini müəyyənləşdirir və ona uyğun mərhələni təklif edirik.
Xeyr, məcburi deyil. Amma proqram elə qurulub ki, uşaq istədiyi mərhələdə rəsmi Cambridge imtahanına hazır olsun.
YLE imtahanlarında “kəsildi” anlayışı yoxdur. Hər bacarıq üzrə nəticə qalxanlarla (shields) göstərilir. Bu, uşağı ruhlandırır və irəliləyişini aydın göstərir.