Haqqımızda
Müəllim haqqında
Lumikids English-də dərslər akademik təhsilə, beynəlxalq müəllimlik sertifikatlarına və Cambridge standartlarına əsaslanır.

30+
sertifikat
İngilis dili müəllimi
Əfsanə Rüstəmli
Uşaqlara ingilis dilini Cambridge proqramı əsasında öyrədirəm. Mənim üçün əsas məqsəd uşağın dili sevməsi, danışmaqdan çəkinməməsi və hər mərhələdə real nəticə görməsidir.
Ali təhsilimi Azərbaycanda bakalavr pilləsində, magistratura təhsilimi isə Türkiyədə almışam. Hər iki pilləni yüksək akademik nəticələrlə bitirmişəm. Türkiyədə aldığım magistr diplomu Azərbaycan Respublikasında rəsmi qaydada tanınıb.
Türkiyədə müxtəlif universitetlərin təhsil proqramlarında və qiymətləndirmə imtahanlarında iştirak edərək 30-dan çox sertifikat almışam.
Arizona State University-nin TESOL proqramını, 120 saatlıq TEFL kursunu, University of California, Irvine-ın IELTS hazırlıq proqramını və Universitat Autònoma de Barcelona-nın English for Teaching Purposes kursunu bitirmişəm.
Cambridge-in müəllimlər üçün vebinarlarında və britaniyalı müəllimlərin apardığı master-klasslarda öyrəndiklərimi dərslərimdə tətbiq edirəm. Xüsusilə uşaqların danışıq və dinləmə bacarıqlarına çox diqqət ayırıram.
- 30+
- sertifikat · Türkiyə universitetlərinin proqramları
- 150
- saat · TESOL — Arizona State University
- 97%
- nəticə · Universitat Autònoma de Barcelona
- 2
- vebinar · Cambridge University Press & Assessment
Akademik təhsil
Təhsil yolu
- Azərbaycan
Bakalavr
Ali təhsilimi yüksək akademik nəticələrlə tamamlamışam.
- Türkiyə
Magistr
Magistratura təhsilimi yüksək akademik nailiyyətlərlə başa vurmuşam. Türkiyədə əldə etdiyim magistr diplomu Azərbaycan Respublikasında rəsmi qaydada tanınıb.
- Türkiyə
Əlavə akademik nailiyyətlər
Türkiyənin müxtəlif universitetlərinin təşkil etdiyi təhsil proqramlarında və qiymətləndirmə imtahanlarında uğurla iştirak edərək 30-dan çox sertifikat əldə etmişəm.
2026
Beynəlxalq müəllimlik hazırlığı
Sertifikatlardakı tarixlərə görə tamamlanmış proqramlar.
İyul 2026
- TEFL — 120 saat, Distinction (fərqlənmə)
Avqust 2026
- Arizona State University — Teach English Now! Foundational Principles
- UC Irvine — IELTS Listening and Speaking Sections Skills Mastery
Sentyabr 2026
- UC Irvine — IELTS Writing Section Skills Mastery
- Universitat Autònoma de Barcelona — English for Teaching Purposes
- UC Irvine — IELTS Preparation (3 kurs)
Oktyabr 2026
- Arizona State University — TESOL peşəkar sertifikatı (8 kurs)
- Cambridge — Webinars for teachers
Sertifikat və diplomlar




